Bu hamburger dünyada ilk dəfə hazırlandı – Video
27.12.2013

İngiltərədə hamburgerlər artıq ətdən deyil, ət əvəzinə hüceyrələrdən düzəldilən “ət”dən hazırlanacaq.

Gələcəkdə ət ehtiyatının tükənəcəyi riskini gözə alan ingilislər, bunun qarşısını almaq üçün ölkədə ən çox yeyilən hamburgerləri artıq ətsiz hazırlamağı qərara alıblar.

Bunun üçün təxminən 350 min manat dəyərində olan layihə ilə laboratoriya qurulub.

Bu laboratoriyada hamburgerin arasına qoyulacaq “ət” inəyin kök hüceyrələrindən hazırlayırlar.

Daha sonra onun üzərinə çuğundur suyu və zəfəran əlavə edilir.

Artıq bu üsulla hazırlanan iki hamburger hazırlanıb. Həmin hamburgerlər paytaxt Londonda test üçün iki nəfərə servis edilib və onlar hamburgerin dadından razı qalıblar.
Video

gun.az