BƏƏ-nin Əl-Ayn şəhərində gənclər arasında şahmat üzrə Dünya Çempionatı davam edir.
9 turdan sonra Azərbaycan təmsilçilərinin arasında Xanım Balacayeva 12 yaşa qədər olan şahmatçıların turnirində liderlik edir.
Onun hesabında 8 xal var. Eləcə də, U-18 kateqoriyasında Ülvi Bacarani və U-14 kateqoriyasında Nərmin Məmmədova 4-cü yerləri tuturlar.
Dünya Çempionatı 11 turdan ibarətdir və dekabrın 28-də başa çatacaq. Bundan əlavə, Əl-Aynda bizim şahmatçılarımızın da iştirak etdiyi open-turnir keçirilir. 7 turdan sonra Vasif Durarbəyli 5,5 xalla 3-cü yeri tutur.
Gün.Az