Sadə eleqantlıq axtaranlar üçün mükəmməl geyimlər - FOTO
27.12.2013

"Michael Kors" dəbdəbədən uzaq, sadə eleqantlıq axtaranlar üçün sözün əsl mənasında mükəmməl bir kolleksiya təqdim edir:

"Michael Kors"-un Pre-Fall kolleksiyası rahat və eleqant modellər təqdim edir. Xüsusən də ovesized (bol) paltolar, pencəklər və şalvarlar qadınları ayrı bir eleqantlığa dəvət edir.

Mavi, qırmızı və qəhvəyi rənglərin ön planda olduğu kolleskiyada çiçək naxışları və damalı detallar da istifadə edilib. Diz altı ətəklər, geniş kəsim köynəklər və bəzəkli ətəklər isə "mən burdayam" deyən modellərdir.








Publika.Az