Gələn ildə Metropoliteninin istismara veriləcək yeni obyektləri sırasında texnoloji korpusun xüsusi yeri olacaqdır. Bu korpus gələcək illər üçün Bakı Metropoliteninin əsas binasına çevriləcəkdir.
İnşası başa çatmış korpusda artıq tamamlanma işləri aparılır.
Bakı metropolitenin əsas idarəetmə mərkəzi olacaq texnoloji korpusda yerləşən dispetçer məntəqələrində də son hazırlıq işləri görülür.
Burada enerji, sanitar və eskalator dispetçer məntəqələri hazır vəziyyətə gətirilmişdir. Sistemlər metropolitenin bütün qovşaqları ilə əlaqələndirilmiş, ilk əmrləri qəbul etməyə tam hazırlanmışdır.
Bütün dispetçer mərkəzlərində yeni sistem qoyulmuşdur.
Yeni texnoloji korpus 2014-cü ilin əvvəllərində istifadəyə veriləcəkdir.
AzərTAc