Qoç - Günün birinci yarısı çox uğurlu keçir. Məhsuldar işləyir, mürəkkəb problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Nüfuzlu insanların rəğbətini qazana biləcəksiniz, onlar böyük həvəslə çətinlikləri aşmaqda sizə yardım edəcəklər. İntellektual potensialınızdan əlavə, məlahətiniz də güclüdür, işgüzar münasibətlər asanlıqla romantik məcraya yönəlir.
Axşama doğru isə vəziyyət dəyişəcək. Emosiyalarınız ağlınıza üstün gələcək və siz yersiz hərəkətlər edəcəksiniz. Tamahınızı yığışdırın, yoxsa sonra peşmançılıq çəkəcəksiniz.
Buğa - İşgüzar baxımdan xoş gündür. Son zamanlar sizi çox narahat edən mürəkkəb və ciddi işdə irəliləyiş mümkündür. Rəhbərlik sizin işinizi qiymətləndirir. Əməkhaqqının artmasını və ya karyerada irəliləyiş gözləyə bilərsiniz.
Yeni tanışlıq üçün yaxşı gündür. Ünsiyyətə açıq insanlar sizə doğru can atırlar. Qiymətli kağızlar və ya aksiyalar ala, öz biznesinizə yatırım edə bilərsiniz. Səfərdə olan Buğaları maraqlı macəralar gözləyir.
Əkizlər - Maraqlı və xoş gündür. Həm öz gücünüzə, həm də işi köməkçiləriniz, tərəfdaşlarınız, əlinizin altında olanlar arasında bölüşdürməyiniz sayəsinlə bu gün xeyli nailiyyət əldə edə bilərsiniz. Təşkilati bacarığınızı görməmək mümkün deyil. Bu səbəbdən hansısa bir layihəyə rəhbərlik etmək təklifi ala bilərsiniz.
Günün ikinci yarısı daha uğurludur. Problemlərin əksəriyyəti öz-özünə həll olunur, əziyyət çəkməyəcəksiniz. Yeni tanışlıqlar üçün əla vaxtdır.
Xərçəng - Bu gün sizin məlahətiniz çox işinizi irəli salacaq: müxtəlif insanlarla münasibət qurmaq, fikir ayrılıqlarını aradan qaldırmaq, məhsuldar əməkdaşlığa başlamaq asan olacaq. Əgər bu günə işə qəbulla bağlı görüş təyin olunubsa, narahat olmayın, əla keçəcək.
Buna baxmayaraq mənfi tendensiyalar da özünü göstərəcək. Siz hər şeyə inanacaq, boş şeylərə görə əsəbləşəcəksiniz. Gecəyə doğru özünüzü ələ almağa çalışın, dərin həyəcan, narahatlıq, hətta göz yaşları sizi yora bilər. Sabahkı günə inamınızı itirməyin.
Şir – Çalışın, kölgədə qalasınız. Nə qədər çox özünüzə diqqət çəksəniz, işləriniz bir o qədər tərs gedəcək. Sərt məzəmmətləriniz, kinayəli atmacalarınız peşəkar sahədə xoşagəlməzliklərə yol açır. Karyeranızla, əməkhaqqınızın qaldırılması ilə bağlı məsələləri bu gün, yaxşı olar ki, rəhbərliklə müzakirə etməkdən çəkinəsiniz. Əks halda heç xoşunuza gəlməyəcək sözlər eşidəcəksiniz.
Günün ikinci yarısı səfərlər, gəzintilər üçün yaxşıdır. Romantik görüşlər əhvalınızı yüksəldəcək. Amma maliyyə itkiləri və lazımsız xərclər də mümkündür.
Qız - Özünüzü ələ alın. Heç olmasa zahiri sakitlik və soyuqqanlılıq bu gün yaranan problemləri yoluna qoymaqda işinizə yarayacaq. Amma emosiyalarınızı yığışdırmasanız, problemləriniz üst-üstə qalaqlanacaq. Başqa bir təhlükə isə havayı yerə ümidlənməyinizdir, iş görmək lazım olan yerdə uğura ümid edib oturursunuz. Tənbəllik etməyin. sizin işlərinizi heç kim sizdən yaxşı yerinə yetirə bilməz.
Zədə almağınız mümkündür. İdmanla və ya fiziki işlə məşğul olmaq məsləhət deyil. Əgər yenə də belə bir iş görməli olsanız, diqqətli və ehtiyatlı olun. Yaxınlarınızla dil tapmaq düşündüyünüz qədər asan deyil, amma mümkündür.
Tərəzi - Xırda məsələlərə baş qoşmasanız, gününüz uğurlu olacaq. Amma əsas məsələ də budur ki, məhz belə gərəksiz məsələlər sizə daha vacib görünür. Nəticədə siz vaxtınızı boşuna xərcləyərək nəhayətdə peşman olacaqsınız. Odur ki, bu xırdalıqları bir kənara qoyun, nə qədər tez toparlansanız, bir elə yaxşıdır.
Təhsil almaq, bilik dairənizi genişləndirmək üçün yaxşı vaxtdır. Mistikaya marağınız artır. Hansısa probleminizi həll etmək üçün cadugərin köməyindən istifadə etmək fikrinə düşəcəksiniz. Amma qətiyyən məsləhət deyil. Öz gücünüzə inanın. Xürafatı başınızdan atın.
Əqrəb - Günü xoş adlandırmaq çox çətindir. İşdə münaqişələr mümkündür, sakitcə işlə məşğul olmaq çətin olacaq. Kimsə etmədiyiniz səhvlərin məsuliyyətini boynunuza qoymaq istəyəcək. Təəssüf ki, bədxahınızın bu əməli baş tuta bilər. Maliyyə itkiləriniz mümkündür.
Axşama doğru vəziyyət yaxşılaşacaq. Ruh yüksəkliyi hiss edəcək və qollarınızı çırmayıb problemlərin həllinə girişəcəksiniz. Daşınmaz əmlak, təmir, tikinti işlərində uğur qazana bilərsiniz. Yaxınlarınızla ünsiyyət üçün münasib vaxtdır.
Oxatan - Hədsiz entuziazmınız istənilən işdə sizə uğur gətirəcək. Bir çox Oxatanlar bu gün gözəl əlaqələr qura, özlərinin peşəkar mövqelərini möhkəmlədə biləcəklər. Özünüzün yeni bir layihəniz üzərində işə başlaya bilərsiniz. Cəsarətiniz və fantaziyanız onu çox gözəl nəticələrlə başa vurmağınıza kömək edəcək.
Evdə xırda xoşagəlməzliklər, ailə üzvləri ilə mübahisələr mümkündür. Buna baxmayaraq, hadisələrin dərininə getməyərək şəraiti düzəltməyə, yaxınlarınızın əhvalını qaldırmağa çalışacaqsınız.
Oğlaq - İşiniz başınızdan aşacaq, amma qorxmayın, enerjiniz çoxdur, yorulmayacaqsınız. Uğur qazanmaq şanslarınız çoxdur, ətrafınızdakılar bunu duyur və gələcək şöhrəti bölüşmək niyyətilə sizə kömək təklif edirlər. Əməkdaşlıq üçün münasib vaxtdır.
Romantik münasibətlərdə isə tələsməmək məsləhətdir. Ola bilsin ki, əks cinsin nümayəndələrinin sizə qarşı marağı tək sizin cazibə və məlahətinizlə deyil, başqa amillərlə bağlı olsun. Odur ki, diqqətcil və müşahidəçil olun.
Dolça - Bir qədər ehtiyatlı olsanız və riskdən qaçsanız, gününüz uğurlu ola bilər. Təəssüf ki, belə məsləhətləri eşitsəniz də, qulaq ardına verirsiniz, həddən artıq cazibədar görünən ideyalardan vaz keçmək fikrində deyilsiniz.
Yaxınlarınızla münasibətləriniz kəskinləşir. Mürəkkəb situasiyalardın çıxmaq çox çətindir. Kimsə güzəştə getməli olacaq. Amma ətrafınızdakılardan həddən artıq çox şey tələb etməyin. Axşam xoş sürpriz mümkündür.
Balıqlar - Özünüzə inamınız azdır və bu, ciddi problemə çevrilir. Müstəqil surətdə qərarlar qəbul edib hərəkət etmək əvəzinə, kimdənsə məsləhət, kömək və dəstək gözləyirsiniz. Vaxtınız da boşuna axıb gedir. Bir qədər özünüzdə cəsarət tapıb fəaliyyətə keçin, o dəqiqə işlərin düzəldiyini hiss edəcəksiniz.
Axşam isə mübahisələr gözlənilir. Sizə elə gəlir ki, yaxınlarınız sizi anlamır və heç buna cəhd də etmirlər. Bu gün ağrılı, mürəkkəb məsələləri müzakirə etmək məsləhət deyil. Çalışın ünsiyyətiniz asan və xoş olsun. Kinoya, yaxud teatra gedə bilərsiniz.
Milli.Az