Qadın evində 76 yolka qurdu
27.12.2013

Amerika vətəndaşı Yeni il ərəfəsində evini nə az, nə çox düz 76 yolka ilə bəzəyib.

Kentukki ştatının sakini olan Selia Tomas adlı tibb bacısı evini yeni ilə hazırlamağa Helloindən sonra başlayır.

Onun sözlərinə görə, bütün ağaclar hər il bayramdan sonra sökülərək xüsusi qutularda saxlanılırlar. Qutuların üzərində onların həta hansı otaqda quraşdırılmalı olduğu belə qeyd edilib. Bəzəklərdə hansı ağac üçün olduqları qeyd edilməklə xüsusi qutulara yığılıblar.

Hər ağac fərqli formadadır. Ev sahibinin sözlərinə görə, bütün evi bayram ağacları ilə bəzəmək ənənəsi 30 il öncə yaranıb.

ANS PRESS