Yaponiyalı yarım saat ərzində 337 toyuq qanadı yeməklə rekorda imza atmışdır
7.2.2012

Filadelfiya ştatında təşkil edilən yarışda Takeru Kobayaşi təxminən 20 min tamaşaçının qarşısında yarım saat ərzində 337 toyuq qanadı yeməyi bacarmışdır. O, yeni rekorda imza atmaqla 20 min dollarlıq mükafata sahib çıxmışdır.
Bu sahədə əvvəlki rekord kanadalı Conatan Skibə məxsus olmuşdur. Belə ki, o, ötən il yarım saata 225 toyuq qanadı yemişdir.