Günün qoroskopu
28.12.2013

Qoç - günlə bağlı gözləntiləriniz doğrulmaya bilər. Müxtəlif situasiyaların sonuclanmasına təsiriniz fərqli ola bilər. İşgüzar məsələləri nəzarətdə saxlayın. Uğur tərəfdaşlarla qarşılıqlı əlaqələrdən asılıdır.
Diqqət mərkəzində olmalısınız. Uğurlarınızı dəyərləndirəcəklər. Davranışınız sərt, aqressiv olmasın. Tələskənliyə yol verməyin. Yaxın ətrafınızdakı insanlar öz problemlərinin həlli ilə məşğul olduqlarından onlardan izafi diqqət gözləməyin.

Buğa - hazırda həlli mümkün olmayan problem aşkarlanacaq. Təsir edə bilmədiyiniz müşkülə hücum çəkməyin. İntriqalara əl atmayın. İş qrafikinizi ikinci dərəcəli məsələrlə doldurmayın.
Ünsiyyəti, işgüzar danışıqları bir qədər məhdudlaşdırın. Yaxın ətrafınızdakı insanların heç bir motivasiyası olmayan incikliyi, səbəbsiz iradları və paxıllığı ilə qarşılaşa bilərsiniz.
Bəzi situasiyalarda susmaq, söhbətin məcrasını dəyişmək gərəkdir.

Ev işləri və ailə qayğılarının həllində səhv etməmək üçün səbrli olun. Sizi maraqlanldıran məsələ ilə məşğul olun. Aktivliyi bir qədər təxirə salın.

Əkizlər - cari işləri yerinə yetirin, rutinlikdən çəkinməyin. Çətinliklər yaranarsa, problemi konstruktivcəsinə həll edin. Dərhal çözülməsi mümkün olan məsələnin həllini uzatmayın, təxirə salmayın.
Mənasız risk etməyin. Yaxın ətrafınızdakı insanlardan birinin sizi avantür layihəyə cəlb etməsinə imkan verməyin. Emosiyaların izharı üçün təhlükəsiz çıxış yolu tapın.
Şəxsi münasibətlərdə qarşı tərəfin maraqlarına, hisslərinə həssaslıqla yanaşın. Təzyiq göstərməyin, ifrat tələbkar olmayın. Ailə məsələlərinə daha çox diqqət ayırın.

Xərçəng - artan gərginlik fonuna rəğmən, gün sakit keçə bilər. Hansısa dəyişikliyin təşəbbüskarı olmayın. Bütün diqqəti cari işlərə yönəldin. Sakitləşmək zamanı deyil. Mövqelərinizin zəifliyini hiss etdiyiniz məqamlarda aktivləşin. Rəqabət güclənir. Əsla gözləmədiyiniz tərəfdən zərbə ala bilərsiniz. Yarımçıq işləri başa vurun. Tərəfdaşlıq münasibətlərində böhran zamanıdır.
Uzun zamandan həllini tələb edən problemi özünü göstərəcək.
Sınaqlardan ağrısız keçmək istəyirsinizsə, güzəştlərə hazır olun.
Axşam yetərincə istirahət edin.

Şir - proseslərin gərginlik aspektləri artır. Yaşananların sizin üçün önəmi böyükdür. Hər məsələdə yalnız özünüzü haqlı saysanız, proseslər sizə qarşı çevriləcək.
İşlərin axarı məcrasından çıxacaq, nəzərdə tutulmamış çətinliklər və ixtilaflar yaranacaq. Yalnız bələd olduğunuz məsələlərlə bağlı məsləhətlər verir. Sizin üçün dəyər kəsb edən məqamlarla risk etməyin.
Şəxsi həyatda dəyişikliklərə təşəbbüs göstərməyin. Nəzarətinizdə olmayan prosesin qarşısını almağa cəhd göstərməyin.
Sizi cana gətirmiş asılılıqdan qurtulmaq zamanıdır.

Qız - emosinal baxımdan zəngin gündür. Situasiya o qədər də aydın deyil: maraqlar toqquşması ola bilər. Tənhalığa, səs-küylü və inadkar insanlardan uzaq qalmağa can atırsınız.
Daxili səbatlılığınızı qoruyun. Səhvlərinizi təhlil edin, niyyətlərinizi müəyyənləşdirin.
Daha çox fiziki iş görün. İdmanla məşğul olun, piyada gəzin.
Axşam saatlarında ailədə münaqişənin yaranmasına imkan verməyin.
Yeni tanışlıqlar üçün əlverişsiz gündür.

Tərəzi - bir qədər nəfəs alın, tənəffüs edin. Kollektivdəki münasibətlərdə emosiyaların həddinin artması rolların bölüşdürülməsi ilə bağlı məsələlərin daha aktiv həllini tələb edir.
Dostlardan yeni xəbər gözləyin. Yeni seçim etməli, yeni mövzuya başlamaq olar.
Günün ikinci yarısında yenilik baş verərsə, ilk əvvəl etiraz etməyin. Mümkün çətinlikləri nəzərə alın.
Axşam saatlarına səs-küylü tədbir planlaşdırmayın.

Əqrəb - enerji və aktivlik yetərincə olmalıdır. Qüvvələrinizi sərf etməyə gərəkli obyekt tapın. Günün mənasız keçməməsi üçün cari işləri büsbütün bitirin. Mümkün qədər az mübahisə edin, haqlı olduğunuzu söyləyib israr etməyin, problemlərin sayını artırmayın. Eqoist və təşəxxüslü olmayın.
Problemin yarandığı müstəvini hiss edin. Əsas odur ki, gördüyünüz iş xoşunuza gəlsin.

Oxatan - kreativ imkanlarınız qəfil işlər və qeyri-stabil durumla sınaqdan keçəcək. İdeyalarınızın uğurlu reallaşma yollarını arayın. Başladığınız işi yarımçıq qoymayın, onu ən yaxşı şəkildə başa vurmuğa çalışın.
İstənilən işin və ya layihənin perspektiv olmayan yönləri ilə nöqsanlarını görməyə can atın.
Şəxsi münasibətləriniz hisslərin paradoksu ilə təəccübləndirə bilər. İzafi, emosional təmaslardan qorunun.
Yaşam arealını təmizləyin.

Oğlaq - sizi təmin etməyən hadisələrə reaksiyalarda səbatlı olun. Ambisiyalarınız və eqoizminiz rasionallağı üstələsə - uduzacaqsınız. Yardım və ya qayğı təklif edilərsə, imtina etməyin. Əlavə iş götürməyin. İşinizin zəif yönlərini diqqətdə saxlayın.
Evdə təmir varsa, onu bir neçə günlüyə təxirə salın. Məişət texnikası sıradan çıxa bilər.
Səhhətinizdə problemlərin yaranmasına imkan verməyin.
Dəyişikliklərə sakit münasibət xoş sürprizlər yarada bilər. Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin.

Dolça - hadisələr sürətlə inkişaf edir. Aktiv olun. Yaxın vaxtlarda işlərinizdə ciddi dəyişikliklər yaşanacaq. Situasiyanı süni şəkildə intensivləşdirməyin. Gərəkli saydığınız nəsnənin absolyut həqiqət olduğunu sübut etməyə çalışaraq hədləri aşmayın. Emosional yüklü situasiyalarda suallara cavab aramayın.
Hadisələrin rezonansları var. Bir qədər aramla çalışın. Uzaqdan gələcək xəbər qarşınızda yeni perspektivlər yaradır. Sizi hansısa məsələdə bilikli və ya təcrübəli hesab edən insanın yardım çağırışını qulaqardına vurmayın.

Balıqlar - çətin, məşəqqətli gündür. İşlərin aparılmasının adi sxemləri çalışmır. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Ətrafınızdakı insanlara təzyiq göstərməyin. Əvvəllər qurduğunuz əlaqələr və münasibətlərdən yararlanın.

Layihələrinizin ayrı-ayrı hissələrinin tamamlanması ilə məşğul olun. İşləri bitirsəniz, yaşamınızda qayda artacaq. Təhlükəsizlik qaydalarına ciddi riayət edin. Yollarda ehtiyatlı olun.
Səhhətinizə fikir verin.

Milli.Az