Bu gün Bakıda Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər
Qrupunun təsis etdiyi "İlin adamı" mükafatının təqdimetmə mərasimi
keçirilib.
GoMap.az portalının ANS PRESS-a istinadən verdiyi məlumata görə, ANS
Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev çıxış edərək
bildirib ki, "İlin adamı" mükafatı artıq 11-ci dəfədir ki, təqdim
edilməsinə baxmayaraq , ilk dəfədir ki, mükafat bir yox, iki nəfər
verilir. Bu mükafat "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana
qələbə sevincini yaşadan Eldar Qasımov və Nigar Camala verilir.
Mərasimdə qonaqlara "Eurovision-2011" qaliblərinin uğurlarından ibarət
videoçarx nümayiş olunub və nəhayət Eldar Qasımov və Nigar Camal səhnəyə
dəvət edilib.
"İlin adamı" diplomlarını qaliblərə Seyfulla Mustafayevin özü təqdim
edib. Diplomlardan əlavə, "Raymond weil" saat şirkəti tərəfindən Eldara,
"Maestro", Nigara isə "Jasmine" xüsusi hazırlanmış qol saatları hədiyyə
edilib. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu
"İlin adamları"na həmçinin 4 min manat məbləğində pul mükafatı da təqdim
edib.
Daha sonra onlaq qonaqlar üçün Azərbaycana qalibiyyət gətirdikləri "Running Scared" mahnısı ifa ediblər.