Türkiyənin məşhur rok qrupu “Gripin” Bakıda konsert proqramı ilə çıxış edib.
“OTTO” klubda səhnəyə çıxan qrup üzvləri paytaxtda olan heyranlarına keyfli anlar yaşadıb.
Yeni albomu ilə yanaşı, köhnə və hitə çevrilən mahnılarını oxuyan “Gripin” təxminən 2 saat səhnədə olub.
Qeyd edək ki, “Gripin” qrupu 1999-cu ildə yaradılıb.
Alternativ rok və rok pop tərzində ifa edən qrup Birol Namoğlu (vokal), Arda İnceoğlu (sintezator), Murat Başdoğan (elektro gitara), İlker Baliç (zərb) üzvlərindən ibarətdir.
Qrupun digər üzvü Evren Gülçığ isə “Gripin”dən ayrılıb.
Qrupun ilk “Hikayeler Anlatıldı” albomu 2004-cü ildə çıxıb.
Bir sıra musiqi mükafatlarının sahibi olan “Gripin” “Hikayeler Anlatıldı” (2005), “Gripin” (2007), “MS. 05.03.2010” (2010), “Yalnızlığın Çaresini Bulmuşlar” (2012) albomlarını buraxıb.
Qrupun ən son albomu “Yalnızlığın Çaresini Bulmuşlar”nda yer alan “Bir Cevabım Var mı?” mahnısı çartlarda ön sıralardadır.
Video
gun.az