Azərbaycan Milli Tarix və Milli İncəsənət muzeylərini ziyarət 10 gün pulsuz olacaq
29.12.2013

BP şirkətinin sponsorluğu ilə Azərbaycan Milli Tarix Muzeyi və Milli İncəsənət Muzeyinə 10 günlük sərbəst giriş kampaniyası keçirilir.

BP-dən verilən məlumata görə, kampaniyanın keçirilməsində məqsəd məktəbliləri, tələbələri və qonaqları Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış etməkdir.

Şirkətdən bildiriblər ki, açıq qapı günləri İncəsənət Muzeyində yanvarın 2-dən 12-dək, Tarix Muzeyində isə yanvarın 7-dən 17-dək keçiriləcək.

APA