Abu-Dabidə (BƏƏ) dəvələr arasında nüfuzlu gözəllik müsabiqəsi keçirilib.
Münsiflər heyəti “səhra gəmiləri”nin gözəlliyini və onların ideal ölçülərə uyğunluğunu qiymətləndiriblər.
Müsabiqədə min dəvə iştirak edib və onlar boyunlarının uzun olması və hündür hörgücləri ilə fərqləndiriliblər.
Yürüş zamanı iki ayrı müsabiqə keçirilir: bir tərəfdə BƏƏ və Oman cinsindən olan dəvələr, digər tərəfdə isə qara tüklü dəvələr yarışırlar.
Səhra gəmiləri müxtəlif kriteriyalara görə qiymətləndirilirlər: başın ölçüsü, boyunun uzunluğu, hörgücün şəkili və hətta kipriklərin ifadəliliyi.
Münsiflərin ümumi balına dəvələrin davranışları da təsir göstərir. Qaliblər 2 milyon funt sterlinqə satıla bilər.
Video
Gün.Az