"Küknar" layihəsinin videoçarxı yayımlanıb - Video
29.12.2013

Heydər Əliyev mərkəzi "Küknar" Beynəlxalq İncəsənət müsabiqəsi və sərgisinə həsr edilmiş videoçarxı təqdim edib.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi Yeni il ərəfəsində elan etdiyi “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi sənətsevərləri, rəssam və heykəltəraşları öz ətrafında birləşdirmişdi.

Layihədə On səkkiz tanınmış, eləcə də gənc heykəltəraş və rəssamın iştirak edib.

İki aya yaxın davam edən müsabiqədə rəssam və heykəltəraşların eskizləri əsasında hər birinin hündürlüyü 3 metrdən çox olan qeyri-adi formalı küknar ağacları hazırlanıb. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanan bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilib.

Heydər Əliyev Mərkəzinin “Küknar” layihəsi ətrafında birləşən rəssamlar öz daxili aləmlərini, arzularını, sənət və həyata baxışlarını nadir əsərlərdə, bu əsərlərdəki rəmzi mənalarda təqdim edirlər.

Tədbirdə 18 əsər nümayiş etdirilmiş, eyni zamanda, mərasimə gələnlərin iştirakı ilə səsvermə olub.
Video

gun.az