Azərbaycan ərazisində hava şəraitinin yenidən kəskin soyuması, qar
yağması və güclü külək əsməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq
Aeroportunda bir neçə aviareys təxirə salınıb. Bu barədə hava limanından
bildirilib.
Aeroportdan verilən məlumata əsasən, hazırda daxili aviareyslərdən
Bakı-Naxçıvan və Bakı-Gəncə, beynəlxalq aviareyslərdən isə Bakı-Tehran
və Bakı-Tbilisi marşrutu ilə reyslər təxirə salınıb: «Tehran və
Tbilisidən aviareyslər Bakıya yerinə yetirilməyib. Londondan Bakıya
gələn təyyarə isə hava şəraitinə görə Tehranda məcburi eniş etməli olub.
Uçuş-enmə zolağı buzla bağlanmasa da, çovğun uçuşların yerinə
yetirilməsinə mane olur – görüntü xeyli pisləşib».
APA