Yeni il axşamının ən eleqant və cazibədar xanımları - FOTO
29.12.2013

eni il gecəsində bu il adətən zərli modellər ön plandadır. Xüsusən də bayramı klubda qeyd etməyə hazırlaşanlara parlaq modellərə müraciət etməyi tövsiyə edirik. Sadə modellərə isə digər gecələrdə üstünlük versəniz, daha düzgün olar. Geyimlərin zərli və qaş detalları ilə işlənməsi ilə bərabər, ayaqqabı modellərində də bu detallara üstünlük verməlsiniz. Həmçinin mini paltarlar yeni il axşamı doyunca oynamaq üçün daha əlverişlidir.

Yeni il gecəsi mümkün olduğu qədər parıldamağa, iddialı modellər seçməyə çalışın. Uzun qollu, qolsuz, ya da straplez olmasının fərqi yoxdur. Geyimləri mütləq hündürdaban ayaqqabı ilə sintez etməlisiniz. Kiçik əl çantası, ya da klatçlar bər-bəzəkli geyimi tamamlayan ən vacib detallardır. Geyim iddialıdırsa, aksessuardan və zinət əşyalarından az istifadə etməyə diqqət göstərin. Onsuz da zərli, iddialı və parlaq paltarınız sizin üçün yetərli aksessuardır.














Publika.Az