Yüzlərlə alpinistin edə bilmədiyini 9 yaşlı oğlan etdi – Video
29.12.2013

9 yaşlı oğlan And dağlarında ən hündür yüksəkliyi fəth edib.

Amerikadan olan 9 yaşlı Tayler Armstonq Argentinanın Andında Akonkaqua yüksəkliyini fəth edən ən gənc alpinist olub.

Məlumat üçün bildirək ki, Akonqaua – Qərbi və Cənubi yarımkürələrdə ən hündür dağdır (dəniz səviyyəsindən 6962 metr hündürlükdə).

Tayler fəthi zamanı atası və tibet şerpi tərəfindən müşayiət olunub.

Qeyd edək ki, indiyə qədər Akonkaquanı fəth etmək istəyən yüzdən çox insan həlak olub.
Video

gun.az