2014-cü ilin sonunadək Azərbaycanda bütün əlillər və müharibə veteranlarına avtomobil veriləcək
29.12.2013

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə dayanmış bütün əlillər və müharibə veteranlarına 2014-cü il ərzində avtomobil veriləcək.

Bu barədə bazar günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi və 20 Yanvar faciəsi iştirakçıları ilin birinci yarısında, digər kateqoriyalara aid şəxslər isə 2014-cü ilin sonuna kimi avtomobil alacaqlar.

Bu məqsədlərlə "NAZ Lifan" avtomobil zavodu 650 avtomobil verəcək.

Trend