Azərbaycan prezidenti Xalça Muzeyinin yeni binası üçün 2 milyon manat ayırıb
30.12.2013

Azərbaycan prezidenti İlham Əliyev Xalça Muzeyinin yeni binasının ekspozisiya sahəsinin bədii tərtibatı, müasir texniki avadanlıqla təchiz edilməsi haqqında sərəncam imzalayıb.

2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2,0 milyon manat ayrılıb.

APA