“Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanın milli seçim turu üçün kastinqlər başlanır.
Yanvarın 9-dan 16-dək Azərbaycanın iri şəhərlərində İctimai TV-nin “Böyük səhnə” verilişi üçün seçim kastinqləri baş tutacaq.
“Böyük səhnə”nin qalibi Azərbaycanı Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edəcək.
“Böyük səhnə”nin komandası Azərbaycanın bütün guşələrində istedadları axtaracaq.
Kastinqlər 8 şəhərdə - yanvarın 9-da Sumqayıt, Gəncə, ayın 10-da Lənkəran, Yevlax, 11-də Şirvan, Şəki, 12-də Quba, 13-də Bakı şəhərlərində keçiriləcək.
Seçimə 16 yaşına çatmış iştirakçılar buraxılacaq.
“Böyük səhnə” verilişinin premyerası İTV kanalında 2014-cü ilin yanvar ayında olacaq.
Oxu.az