Axtarış
Başqa şəhərlərdə
Türkiyədə bir zərgərin qızıldan paltar hazırlayıb. 78 min hissədən ibarət olan qızıldan hazırlanan bu paltar 3 kq ağırlığındadır. 300 min lirə satış qiymətinə baxmayaraq, paltarı atrıq 8 nəfər alıb. Zərgərlik şirkətinin sahibi Ahmet Atakan qızıldan paltarı 6 ay əvvəl hazırlamağa başladığını, işlərinin isə 22 əyarlı qızıldan hazırlandığını bildirib. Həmçinin, qızıldan düzəldilən paltarı 7 ustanın tək-tək işləyərək 15 gündə ərsəyə gəldiyini qeyd edib. “Sata bilmərik dedik, amma satışı gözlədiyimizdən yaxşı oldu. İndiyə kimi 8 ədəd satmışıq. Sifarişlərimiz də var. Satmağa davam edəcəyik. Bu ilin sonuna ümumilikdə 10 paltar satacağıq. Bu paltarı almaq üçün növbədə gözləyən də var. Müştərilərimiz daha çox iş adamları və ağalardır. Paltarın qiyməti xanımın ölçülərinə uyğun olaraq artır”,-deyə Atakan əlavə edib. ANS PRESS
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.