Daha bir maraqlı filmin nümayişi baş tutdu
30.12.2013

Premyerası gələn il yanvarın 1-ə planlaşdırılan “47 ronin” filminin vaxtından öncə nümayişi olub.

Film “Park Cinema” və “Metro Park”da göstərilib.

Onu da deyək ki, həmin gün xüsusi olaraq əsl kinomanlar üçün yalnız bir seans keçirilib.

“47 ronin” filmin ssenarisi məhz əfsanəyə əsaslanıb.

Yapon əfsanəsi əsasında çəkilən filmdə baş rolu aktyor Kianu Rivz ifa edir. Filmdə fantastika və Amerika “ekşn”ı ilə yapon sadəliyi və təmkinliliyinin sintezi böyük ustalıqla təşkil olunub.

Beləliklə də, dünya şöhrətli aktyor birgünlük də olsa paytaxt əhlinin “görüşünə gəlib”.


Gün.Az