Yeni il gecəsi bunlara diqqət edin
Yeni ili evdə və ya kənarda keçirsəniz belə, hər şeydən əvvəl ertəsi günü fikirləşin və səhhətinizə zərər verməyin.
1 – Spirtli içki çox içməyin, yağlı yemək yeyərkən diqqətli olun. Xüsusilə toyuq, hind toyuğu, balıq dərisi, yağlı pendirlər, yağlı ət, qaymaq, şirniyyat yağın miqdarının çox olduğu qidalardır. Həmçinin qızardılmış yeməklər və yağlı souslar yeyərkən spirtli içki qəbul etməyin.
2 - Yeni il günü və gecəsi səhhətinizə görə spirt və tütünün heç bir növündən istifadə etməyin.
3 – Mütləq içmək istəyirsinizsə, ən azından bir növ içki seçin. Çünki fərqli içkilər həzm traktında problemlərə yol aça bilər, xüsusilə qaraciyərinizə təsir edə bilər.
4 - Yatmazdan 1-1.5 saat əvvəl spirt, cips, çərəz, şirniyyat, pendir, qatıq kimi ağır yemək və içkilər qəbul etməyin. Mümkünsə 10-15 dəqiqə təmiz havaya və yüngül gəzintiyə çıxın.
5 - Gecə yatmazdan əvvəl 2 fincan rəzyənə və ya yaşıl çay içmək həzm prosesinə kömək edir.
6 – Yeyib-içməyə başlamazdan əvvəl 1 stəkan şirin badəm yağlı və ya bir az zeytun yağlı ilıq süd için, xüsusilə çox içki qəbul edən insanlarda turşuluğun azalmasına kömək edəcək.
7 - Yeməklərdə həddindən artıq duz və istiota üstünlük verməyin.
8 - Tox qarına şirin və ya şəkərli meyvələr yeməyin, çünki yüksələn qan şəkəri şəkərli qidalarla daha da yüksəlir və narahatlıq verir.
9 – Yeni il gecəsi çox yediyini və kökəldiyini düşünənlər ertəsi gün ağır nahar yeməyi yerinə isti su, şəkərsiz alma kompotu və tərəvəz şorbası yeyə bilər.
10 - Yeni ilə girəndə 5 dəqiqə özünüzə qayıdın və hiss edərək əvvəlcə özünüz, daha sonra isə sevdikləriniz üçün sağlamlıq, rifah, dinclik, birlik, bərabərlik, xoşbəxtlik və bir-birimizi sevməyi diləyin.
publika.az