"Samsung" şirkəti 2014-cü ilin birinci rübündə beş yeni qurğu istehsal etməyi planlaşdırır.
Onlardan biri metal korpus və məhsuldar içliklə təchiz edilmiş "Galaxy S5" smartfonu olacaqdır.
Cihazlardan digəri "Galaxy Note 3" smartfonunun sadələşdirilmiş versiyasıdır. Şirkət ucuz modeli bu ilin fevralında Barselonada keçiriləcək "Mobile World Congress" Beynəlxalq elektronika sərgisində təqdim edəcəkdir. Aparat daha sadə ekran və aşağı təsvir ölçülü kamera sensoru ilə təchiz ediləcəkdir.
Üçüncü aparat "Android" platformasında işləyən "Galaxy Grand Lite" smartfonudur. Model böyük ekranla təchiz edilmişdir, lakin onun elektron içliyi zəifdir.
"Samsung" şirkəti digər iki cihaz haqqında hələki məlumat verməmişdir.
topnews.az