Çində nəhəng doğuldu
9.2.2012

Çinin mərkəzindəki Henan vilayətindəki Hinhan şəhərində dünyaya gəlmiş Çon Çunun çəkisi 7,04 kiloqramdır. GoMap.az portalı Milli.az-a istinadən bildirir ki, körpənin anası, 29 yaşlı Van Yujuanın dediyinə görə, bətnindəki körpənin nəhəng olacağına şübhə etmirdi.
Balaca pəhləvanın atası Han Çdjinan isə deyib: "Oğlum Çin təqvimi ilə baharın ilk günündə, Əjdaha ilində anadan oldu. Arvadım da başqa qadınlardan fərqli deyil. Hamı qədər yeyir, içir, normal qidalanır. Amma dünyaya belə nəhəng oğlumu gətirdi. Özümü çox bəxtəvər hiss edirəm", - Han deyib.
Hanın 6 yaşlı qızı doğulanda 4 kq idi.
Dünyanın ən ağır körpəsi 1879-cu ildə ABŞ-ın Ohayo ştatında doğulmuşdu. Anadan olanda çəkisi 10,8 kq-a çatan oğlan az sonra vəfat etmişdi.