Aygün Kazımova Bakıda karnaval keçirəcək
7.1.2014

Xalq artisti Aygün Kazımova doğum günü ilə əlaqədar yaxınlarına sürpriz hazırlayır.

O, bu münasibətlə təşkil olunacaq təntənəli ziyafətə artıq hazırlıq işlərini görməyə başlayıb.

Hər il yanvarın 26-da milli estradamızın divası ən yaxın insanlarının və doğmalarının əhatəsində özünə parlaq doğum günü şənlikləri keçirməyi artıq ənənə halına çevirib. 2014-cü il də bu baxımdan istisnalıq təşkil etməyəcək.

Bu dəfə xalq artistimiz öz bayram şənliyini qeyri-adi formatda keçirəcək – o, karnaval təşkil etmək arzusundadır. Bu barədə Instagram sosial şəbəkəsində onun prodüseri Tolik məlumat yayıb.
Şənliyin təşkilatçısı kimi çıxış edəcək Tolik qeyd edib ki, karnavala gələnlər üçün “dress-code” kifayət qədər ciddi olacaq və əgər qonaq ziyafətə karnaval kostyumunda gəlməsə, onun ulduz statusundan asılı olmayaraq, o karnavala buraxılmayacaq.

Qeyd edək ki, 2014-cü ilin yanvar ayının 26-da Aygün Kazımovanın 43 yaşı tamam olur.

gun.az