Narvada gənc pianoçuların onuncu yubiley müsabiqəsində dünyanın 14 ölkəsindən musiqiçilər iştirak edəcəklər.
Narva şəhər idarəsi tərəfindən iki ildən bir təşkil edilən beynəlxalq Şopen müsabiqəsi 2014-cü ilin fevralında keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün artıq 61 gənc pianoçu qeydiyyatdan keçib.
Təşkilat komitəsinin rəhbəri Qalina Moldon bildirmişdir ki, bu il iştirakçıların sayı əvvəlki illərə nisbətən kifayət qədər çoxdur.
Müsabiqədə Azərbaycandan da gənc musiqiçilər iştirak edəcəklər.
publika.az