Qarşımızda bütün qaydaların yıxıldığı modern və cool bir il var. Bəs bu il qadınları dəb aləmində hansı sürprizlər gözləyir?
- Qarın əzələsi mütləqdir! Göbəyi açıq qoyan kısa köynəklər bu il
vitrinləri dolduracaq. Artıq sözə nə hacət, incə beli və qarın əzələsi
olan qızlar üçün qısa köynəklər ən seksual dekoltə olacaq.
- Güllər açın! Rəngarəng güllü paltarlar bu il əhvalınızı daha da şənləndirəcək.
- Rahat ayaqqabılar! Artıq ayaqqabılar da rahatlıq prinsipindən öz
nəsibini alacaq! Bu il hündür idman ayaqqabıları "sneakerlər",
birkenstocklar, loaferlar, oxfordlar onsuz da hündürdaban ayaqqabıları
kölgədə qoymuşdu. Belə görünür "Valentino", "Givenchy" və "Chloe"nin düz
sandallarını ayaqlarımızdan çıxarmayacağıq.
- Bütün ətək modelləri... Baş rolda isə asimmetrik, peplum, maksi,
midi, mini, fırdırlı... Hər formada, dizaynda və tərzdə ətək tapmaq
mümkün olacağı mövsüm bizi gözləyir.
- 2014-cü ilin yaz dəbi nostalji hisslər yaradacaq. Belə ki,
keçmişə səyahət etmək istəyənlər üçün yaz dəbi alternativlər təqdim
edəcək. 40 və 50-ci illərin karamel tonları, parlaq bəzəklər, 70-ci
illərin kloş ətək modelləri də aktual olacaq.
- Şən ol ki, gənc qalasan! Necə? Zərli və biserli modellərlə...
Bikini, paltar, ayaqqabı, çanta, bluz, hətta aksessuarlarda da tez-tez
görməyə alışdığımız qotazlar ən çox diqqət çəkən trendlərdəndir. Amma bu
dəfə daha romantik və modern olacaq. Aksessuarlar sənət əsəri havasında
hazırlanıb. 2014-də daha pozitiv və şən olmaq üçün qotazlı detallara
müraciət edin.
- Köhnələri çıxarın! Xüsusən də "Bunu heç vaxt geyinmərəm"
dediyiniz, kənara atdığınız cüt düyməli pencəyi geyinməyə hazır olun.
Cüt düyməli pencəklər bu il çox dəbdədir.
- Sənət! Bu il moda sənət əsərlərindən ilham alır. "Chanel",
"Celine", "Jil Sander"in rəngli, naxışlı ətək və paltarların hər biri
sanki muzey üçün hazırlanan sənət əsəridir.
- Moda texnalogiya ilə qarşılaşıb. 3D-nin sadəcə filmlərdə
olduğunu zənn edənlərə, 2014-cü ildə olduğunuzu xatırladın. Moda dünyası
texnalogiya ilə qarşılaıb. Qarşıdakı yaz mövsümündə 3D çiçək
bağçalarını üzərinizdə daşıyacaqsınız. Tək rəng çiçəklərdən tutmuş,
böyük çiçək kollajlarına qədər rəngli motivlərlə bu il təravətli çiçək
kimi görünməyə hazır olun.
- Rahatlıq! Dizaynerlər sanki hamısı sözləşib rahat geyimlər
hazırlayıblar. Üzərinizə sıx oturan ətək və şalvarlar yerini, boş və bol
geyimlərə verir. Qızar isə daha çox "boyfriend" adlanan köynəklər
geyinəcəklər.
- Moda sizə yox, siz modaya ərmlər verəcəksiniz! 2014-cü ildə moda
qayda-qanunlara əməl etməcəyək. İstədiyiniz rəngləri, modelləri sintez
edib azadlığı və sərbəstliyi ifadə edən obraz yarada bilərsiniz.
- Mesaj ötürməyə hazır olun! Dizaynerlərin modasevərlərə mesajı
var. "DKNY", "Rebecca Minkoff", "Christian Dior", "Louis Vuitton",
"Jean-Charles de Castelbajac", "Moschino", "Alexander Wang", "Céline",
"Christopher Kane", "Erdem", "Kenzo" ətrafa mesaj ötürən, mətnli
geyimlər, söz oyunlarını əks etdirən köynəklər, aksessualar moda
dünyasında hakimiyyəti öz əlinə alıb.
- Parlamağa hazır olun! Bir çox moda evi metalik tonlara
böyük yer verib. Metalik partlayış baş verib. Metalik detallar, parlaq
broşlar, gümüş naxışlar göz qamaşdıracaq.
- Etnik moda küləyi... Xüsusən də "Givenchy", "Alexander McQueen"
və "Valentino"da Afrika küləkləri, aksessuar, paltar və sandallarda
özünü göstərir. 2014-cü ildə entik moda detalları bir çox brendə özünü
göstərəcək.
Publika.Az