Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini reallaşdırır.
Adi polietilen paketlərdən fərqli olaraq, bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır.
Plastik və ya polietilen paketlər torpaqda yüzillərlə qaldığı halda, bioloji parçalanan paketlər bir neçə aya qədər torpağa qarışır və ətraf mühitə, demək olar ki, heç bir ziyan vermir.
Qeyd edək ki, ekoloji təmiz paketlər Bakının “Bazarstore”, “Grand”, “Neptun”, “Premium” və “Kontinental” kimi iri marketlərinə və alış-veriş mərkəzlərinə paylanılıb. Alıcılar bu paketləri adı çəkilən alış-veriş mərkəzlərinin kassalarından soruşa bilərlər.
Gün.Az