“Bakutel” sərgisi 20 illik yubileyini qeyd edəcək
7.1.2014

İyirminci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (“Bakutel 2014”) noyabrın 5-dən 8-dək keçiriləcəkdir.

Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı “Iteca Caspian” şirkətindən bildirmişlər ki, yubiley sərgisi olan “Bakutel 2014” Azərbaycanın son illər informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə etdiyi nailiyyətlərin nümayişi üçün nadir meydançaya çevriləcəkdir. Sərgidə İKT sahəsində əldə olunan ən son nailiyyətlər, müasir texnologiyalar, yeni layihələr təqdim olunacaqdır.

Gün.Az