Nağıl gerçək oldu: yerdən nəhəg turp tapıldı - FOTO
8.1.2014

Cəlilabad rayonu Uzuntəpə kənd sakini 22 yaşlı Elçin Nuruyevin əkin sahəsində qeyri-adi təbiət hadisəsi baş verib. Öz topaq sahəsində 3 ay öncə turp əkən kənd sakini bir neçə gün öncə məhsulu yağmağa başlayıb. Yığım zamanı gördüklərinə inanmayıb.

“Beli vurdum çıxartmağa, amma əvvəlki turplar kimi çıxmadı. Bir xeyli çalışdım”, - deyə Elçin Nuruyev bildirib.

Elçin Nuruyev ilk öncə bunun turp olmasına inamayıb. Nəhəng turp çıxarılan vaxt bir hissəsi yerdə qalıb. Qalan hissəsinin çəkisi isə 5 kq 200 qramdır. Əkinçi deyir ki, bu turp 75 adi turpun çəkisinə bərabərdi. Görünüş baxımından daha çox çuğundura bənzəyir.

Maraqlıdır ki, adi turplardan fərqli olaraq bu turpun üzərində bir yox 3 zoğbirləşməsi var. Mütəəxəssilər hesab edirlər ki, bitkilərdə təsadüf hallarda rast gəlinən kökün şəklinin dəyişməsi bitki toxumunun düşdüyü münbit şəraitdən və genetik dəyişkənlikdən aslı ola bilər.







ANS PRESS