«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Dubay-Bakı marşrutu üzrə aviabiletin qiymətini endirib.
AZAL-dan verilən məlumata görə, sözügedən marşrut üzrə biletin minimal
qiyməti təxminən 20-30 manat endirilib və hazırda 160 avro təşkil edir.
Qeyd edək ki, AZAL Bakıdan Dubaya uçuşları həftənin hər günü yerinə yetirir.