Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər ölkə ərazisində hava şəraitinin dumanlı və çiskinli keçməsinin səbəblərinə aydınlıq gətirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, ölkə ərazisində müşahidə olunan dumanlı və çiskinli hava şəraiti temperatur fərqi ilə əlaqədardır.
Onun sözlərinə görə, havada temperatur yüksək, yer səthində isə aşağıdır. Bunun nəticəsində də temperaturda müəyyən fərqlər yaranıb və duman, çiskin əmələ gəlib. Paytaxtda və bölgələrdə əsasən səhər və axşam dumanlı, çiskinli hava şəraiti müşahidə olunur. Belə hava şəraiti yaxın 2-3 gün ərzində də davam edəcək.
APA