Portağalın bilmədiyiniz faydaları - MEYVƏLƏRİN SİRRİ
8.1.2014

Portağal sitrus bitkisi olub meyvəsindən və qabığından istifadə edilir. Meyvəsinin tərkibi şəkər,turşular,duzlar,vitaminlər (A,B1,B2,B3,C), su, hüceyrələrlə, qabığı isə müxtəlif efir yağları ilə zəngindir.

Portağalın tərkibində olan maddələr qanda olan şəkəri sağlam adamlarda normada saxlayır, şəkərli diabeti olan xəstələrdə isə şəkəri azaldır. Portağal orqanizmin bütün funksiyalarını fəallaşdırır və əsəb sistemini möhkəmləndirir. Portağalın meyvəsi və şirəsi avitaminozlarda (vitamin çatışmamazlığında) və mədə-bağırsaq xəstəliklərində geniş istifadə olunur. Meyvəsi və ya şirəsi ac qarına yeməkdən 30 dəqiqə qabaq içilməklə iştahı artırır, mədə-bağırsağın funksiyasını yaxşılaşdırır və qəbizliyi aradan götürür. Keyfiyyətli portağal şirəsi görməni yaxşılaşdırır, diş dibinin ətini möhkəmləndirir,lazımsız piyləri bədəndən xaric edir, damarların funksiyasını yaxşılaşdırır.

publika.az