Fransanın ən tanınmış aktyoru prezident Fransua Ollandın varlı şəxslərin gəlir vergilərinin artırılması qərarından sonra Fransanı tərk edərək, Rusiya vətəndaşlığına keçmişdi.
J.Depardye indi də öz pərəstişkarlarını təəccübləndirməyə davam edir.
“Daha yaxşı ssenarilər yazılmır. Səhnə məni sıxır” – aktyor indi də belə deyir.
Parisdə səhnəyə qoyulan “Eşq məktubları” tamaşasında ancaq bir həftə oynayacağını deyən J.Depardye “Dimanche” jurnalına verdiyi müsahibədə bunları da bildirib: “Məni bu peşə məşhurlaşdırıb. Çox böyük işlərə imza atmışıq. Amma indiki zəmanədə böyük yazıçı yoxdur. Televiziyalar üçün qısa komediya və ya skeç xarakterli ssenarilər yazılır. Səhnədə olmaq xoşuma gəlirdi. Amma artıq sıxılıram. Bundan sonra işləməsəm də, yaşaya bilərəm. Özümü zamanın axınına buraxmaq istəyirəm” – məşhur aktyor deyib.
Gün.Az