Anaxanım İdoyatova New Wave Production kinoşirkəti “Belarusfilm” Milli Kinostudiyası ilə birgə “Babu” adlı film çəkib. Filmin yaxın zamanlarda Bakıda təqdimatının keçiriləcəyi bildirilib.
“Babu” filmində azərbaycanlı oliqarxın Leyla adında olan 9 yaşlı qızının oğurlanmasından bəhs olunur. Qızı Azərbaycandan Avropaya aparırlar və bundan sonra atasını şantaj etməyə başlayırlar. Leyla onu oğurlayan şəxslərdən qaça bilir.
Rus dilində danışa bilməyən qızı milliyyətcə belarus olan yaşlı qadın tapır. Qadın nə etmək lazım olduğunu bilməsə də, uşağı öz evində saxlamaq qərarına gəlir və bunun məsuliyyətini dərk edir. Oğrular qadını tapır və onu öldürmək istəyir.
Filmdə belaruslu və azərbaycanlı aktyorlar çəkilib – Tamara Mironova, Aleksandr Kaşperov, Andrey Duşeçkin, İqor Denisov, Mixail Kaminskiy, İlqar Həsənov, Kamran Ağabalayev və Nigar Əhmədova. Filmin çəkilişləri Belarus və Azərbaycanda aparılıb.
Qeyd edək ki, film artıq Belarus tamaşaçılarına təqdim olunub.
publika.az