Azərbaycan ərazisində bütün yollar hərəkət istiqaməti üzrə açıqdır. Bu barədə Respublika Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.
K. Əliyev Şəmkir-Gədəbəy, Gəncə-Qazax və Zaqatala-Balakən ərazilərində qarın yağmasına baxmayaraq, yollarda vəziyyətin normal olduğunu bildirib: “Həmin yollar Yol Polis Şöbələrinin və Yol İstismar İdarələrinin əməkdaşları tərəfindən qardan təmizlənir. Hava şaxtalı olduğundan bəzi yollarda buzlaşma var. Lakin hərəkət istiqaməti üzrə demək olar ki, bütün yollar açıqdır. Hər hansı ciddi problem yoxdur”.
K. Əliyev fevralın 8-də Azərbaycan ərazisində 4 yol nəqliyyat hadisəsinin baş verdiyini bildirib: “Həmin qəzalar nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb”.