Fransız şirkəti sürücüsüz hərəkət edən avtomobil təqdim etmişdir
9.1.2014

“2014 International CES-2014” sərgisində Fransanın “Induct” şirkəti sürücüsüz hərəkət edən avtomobilin kommersiya modelini təqdim etmişdir. Bu il ABŞ və Avropada həmin avtomobilin satışına başlanılacaqdır.
“Navia” avtomobili hələ ki küçədə hərəkət üçün tam hazır deyildir. Elektriklə işləyən və simsiz enerjidoldurma sisteminə malik olan yeni avtomobilin salonuna 10 nəfər rahat yerləşir. Sürəti saatda 20 kilometr təşkil edir.
“Induct” şirkətinin yaradıcısı Piter Lefevr demişdir ki, “Navia” avtomobili hazırda İsveçrə, Böyük Britaniya və Sinqapur kampuslarında sınaqdan keçirilir. “Navia” avtomobili, həmçinin aeroport, alış-veriş mərkəzləri, qoruq və qolf meydançalarında insanların daşınmasında istifadə olunacaqdır.

AzəTac