İordaniya ölkədə islam turizmini inkişaf etdirmək kampaniyasına başlayır.
İordaniya müsəlman ölkələrindən turistləri cəlb etmək kampaniyasına başlayır.
Ölkənin Turizm İdarəsinin rəhbəri Əbdülrəzzaq Ərəbiyyət bildirib ki, İordaniya müxtəlif dinlərin müqəddəs ziyarətgahlarının yerləşdiyi ölkələrə bir növ körpü olduğuna görə, bu ölkəyə daha çox turist cəlb etmək məqsədi ilə islam turizmini inkişaf etdirməyə start veriləcək.
Onun sözlərinə görə bu, ilk növbədə Malayziya və İndoneziya kimi ölkələrdən turistlər cəlb edilməsi məsələsinə aiddir və həmin ölkələrin turizm təşkilatları ilə müvafiq sazişlər bağlanıb. Ənənəyə görə, İordaniya hər il Həcc və ümrə ziyarətlərinə gedən, eləcə də müqəddəs yerlərdən öz vətənlərinə qayıdan müsəlmanlar üçün tranzit məntəqədir.
İordaniyada müsəlman dini turizminin inkişaf etdirilməsi zəvvarların səyahət zamanı İordaniyanın və Fələstinin müqəddəs məkanlarını da ziyarət etmələrinə imkan verəcək.
Gün.Az