Azərbaycan, Litva və Danimarka martın 26-27-də Seulda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakını təsdiqləyib. Bu barədə sammitin təşkilatçıları açıqlayıblar. Sammitə hazırlıq üzrə katiblikdən bildiriblər ki, yanvar ayında tədbirdə iştirak üçün Azərbaycan, Litva və Danimarkaya dəvət göndərilib və bu dəvətlər qəbul olunub. Bununla da tədbirdə iştirak edəcək dövlətlərin sayı 50-yə çatıb. Sammitdə BMT baş katibi Pan Gi Mun da iştirak edəcək.