2014-ün dəbini müəyyənləşdirən kolleksiya - FOTO
9.1.2014

Guccinin pre-fall 2014 kolleksiyası əslində, təzadların birləşməsindən ibarətdir. Bu təzadı görmək üçün ilk olaraq ayaqqabı modellərini nəzərdən keçirmək lazımdır. Bir tərəfdə ağ-qara modellər, bir tərəfdə əlvan rənglər, bir təfədə həcmli çiyinlər, bir tərəfdə incə və zəif biçimlər həm keçmişə, həm də gələcəyə səyahətə aparır.

Ayaqqabı modelləri arasında platformalı, biləkdə bağlanan, 60-cı illərin dəbini xatırladan çəkmələr və son zamanlarda trend olan loaferlər çeşidli rənglərdə təqdim olunub. Çantalar arasında isə 3 ana model hökmranlıq edir: üstdən büzülmüş, əl portfeli və klassik tote çanta (cüt saplı alış-veriş çantası). Metalik, qara, ağ və yenə də əlvan rənglər çoxluq təşkil edir.











Publika.Az