Belçika sakini Yeni İl bayramında milyonçuya çevrilib.
Bu şəxs Belçikanın milli "Super Lotto" lotereyasında 13 milyon avroluq cek-pota yiyələnib. Bu, "Super Lotto" və "Lotto" lotereyalarının 35 illik tarixində, habelə Belçikada son 7 ildə ən böyük uduşdur.
2006-cı ilin iyununda bir bəxtəvər lotereyada 7 milyon avro udmuşdu.
Yeni İl günü 13 milyon avro udmuş şəxsin ad və soyadı açıqlanmır.
Cek-potun belə böyük olmasının səbəbi 13 sentyabr, habelə 13 və 24 dekabr tarixlərində əsas uduşun qalibinin olmamasıdır.
publika.az