Dünyanın ən möhtəşəm donu - FOTO
9.2.2012

Britaniya və ABŞ-da fəaliyyət göstərən "Asda" supermarketlər şəbəkəsi Valentin Günü ilə əlaqədar orijinal qadın geyimi hazırlayıb.
"Dünyanın ən möhtəşəm donu" adlandırılmış bu geyimin hazırlanması üçün 1725 güldən istifadə olunub. "Asda"nın modelyerləri paltarın hazırlanmasına 170 saat sərf ediblər.
Dizaynerlər qrupuna isə "RHS Chelsea Young Florist of the Year" mükafatının laueratı, 23 yaşlı florist Co Massi başçılıq edib.