Qoç - bilik, informasiya və təcrübənin artırılması üçün
əlverişli gündür. Təcrübə mübadiləsinə, habelə nə isə əxz edəcəyiniz
insanla təmaslara can atın. Xoşagəlməz insanla ünsiyyətdən yayınmayın:
hətta beləsi ilə danışıqdan faydalı nə isə öyrənə bilərsiniz. Sizi
tənqid edirlər. O tənqidlərə fikir verin.
Anlaşma və sövdələşmələr üçün münasib zamandır. Kommersiya fəaliyyətində uğur əldə edəcəksiniz.
Nüfuzlu
və hadisələrə təsir imkanlarına malik insanlarla danışıqlarda aktiv
olun. Dəstək vədləri ilə yanaşı, konkret işgüzar təkliflər də ala
bilərsiniz.
Buğa
- günün ilk yarısında neqativ təmayüllərin təsiri güclüdür. Ehtiyatlı
olun. Fəaliyyətinizdə ünsiyyətə ayrılan zamanı azaldın. Sözlərinizdə
həssas olun. Düşünülməmiş deyilən kəlmələr müttəfiqinizi rəqibə döndərə
bilər. Bədxahların fəallaşma riski var.
Günün ikinci yarısı
daha uğurludur. Yeni işlərdə və layihələrdə cəsarətli olun. Son vaxtlar
sizi narahat ehdən şəxsi problemlərinizi çözün.
Önəmli görüşü təxirə salmayın.
Əkizlər
- karyera müstəvisində irəliləmək, cazibədar və maraqlı işgüzar
təkliflər almaq şansları var. Çox çalışın ki, parlaq nəticələr əldə
edəsiniz. Tərəfdaş və həmkarlarınız bunu mütləq anlayacaqlar.
Uğurları sizinlə müqayisədə daha az olan insanlar sizə paxıllıq edəcəklər. Bədxahların zərbə vurmaq cəhdlərinin qarşısını alın.
Yeni işlərə başlamaq üçün əlverişli zamandır.
Dostlar
və həmfikirlərlə ünsiyyət üçün əlverişli gündür. Çətin situasiyaya
düşənə yardım edin, belə insana vaxtında yaxşı məsləhət verin.
Gəlir istisna deyil.
Xərçəng
- gün çətin, qarışıq və mürəkkəb də olsa, çox işləri başa vura
bilərsiniz. Əvvəlki günlərlə müqayisədə uğura nail olmaq çətinləşib.
Qətiyyətli və iradəli olun. Belədə yaxın ətrafınızdakı insanların
sayğısını qazana bilərsiniz.
Yeni başlayan işgüzar
münasibətlər bir qədər sonra yaşamınızda mühüm rol oynayacaq. Karyera
müstəvisində irəliləyəcək, maliyyə durumunuzu yaxşılaşdıracaqsınız.
Detallara fikir verin. Bir çox suallara cavablar məhz xırdalıqlardadır.
Planları sürətlə dəyişməyə hazır olun. Ruhdan düşməyin, pərişanlığa qapılmayın.
Şir -
uğur əldə etmək üçün səy göstərmək gərəkdir. Mübarizə aparmağı da
unutmayın. Güclü rəqiblə qarşıdurma perspektivi sizin enerji və
ambisiyalarınızı daha da artıra bilər.
Peşəkar
fəaliyyət müstəvisindəki problemləri həll edəcəksiniz. İşdə rəhbərliklə
danışıqlar aparmaq üçün əlverişli zamandır. Günün maliyyə fonu
uğurludur. Əhəmiyyətli məbləğdə gəlir istisna deyil.
Hətta ən kiçik məsələlərdə qaydaları pozmayın. Bilin ki, istənilən formada hiyləgərliyiniz az sonra aşkarlanacaq.
Yaşam potensialı səviyyəsi yüksəkdir.
Qız - işgüzar danışıqların aparılması, birgə layihələrə başlamaq üçün əlverişli zamandır.
Müttəfiq və həmfikirlərlə yanaşı, dost da tapacaqsınız.
Peşəkar
fəaliyyətlə bağlı müzakirələr yaxşı keçəcək. Vədlərinizə əməl edin,
öhdəlikləri yerinə yetirin. Tərəfdaşların bəziləri isə vədləri
unudurlar. Bu səbəbdən yalnız etibar etdiyiniz insanlara inanın.
Yeni tanışlıqlar, görüşlər yaxşı nəticə verəcək.
Birgə
çalışmağa hazırlaşdığınız insanın əhvalını hiss etmək üçün bir neçə
dəqiqə yetər. Problemlərlə qarşılaşan və ya ruhdan düşən insana dəstək
verin.
Tərəzi - sadə günlərdən
deyil. Fəqət, müsbət təmayüllərin təsiri güclü olduğundan yaranan
çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz. Yaxın ətrafınızdakı
insanlara güvənə bilərsiniz. Fikrinizi olduğu kimi deyərək
yaxınlarınızın xətrinə dəyməyin. Tənqiddə həssas olun ki, münasibətlər
korlanmasın.
İstənilən formada ailə problemlərinin həlli üçün
əlverişli zamandır. Qohumlarınızla asanlıqla dil tapın, küsənləri
barışdırın. Alış-veriş etmək olar.
Əqrəb
- günün ilk yarısı məhsuldar keçəcək. Bu zaman ərzində vaxtınızı hədər
yerə sərf etməsəniz, çox iş görə bilərsiniz. Son vaxtlar
münasibətlərinizin normal olmadığı insanlarla belə, dil tapmağa çalışın.
Sizi
əsas işlərdə dəstəkləyən, amma xırdalıqlara sürəkli iradlarını bildirən
və hətta ən kiçik güzəştlərə getmək istəməyən insanlarla ixtilaflara
son qoya bilərsiniz.
Günün ikinci yarısında boş,
mənasız və perspektivsiz layihələrə, puç xülyalara uymayın. Sürətli
nəticə əldə etməyə imkan verən kiçik, amma ciddi işlərə diqqət yetirin.
Oxatan -
rəsmi və ya qeyri-formal şəraitdə ünsiyyət üçün münasib zamandır.
Müttəfiqləri asanlıqla tapacaqsınız. Uzun müddətdən bəri sizə yardım
etmək istəməyən insanlar indi dəstək verməyə hazır olduqlarını deyirlər.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Bu səbəbdən yorğunluq hiss
etmirsiniz. Əvvləki dönəmlərlə müqayisədə daha çox iş görməli
olacaqsınız.
İdman və fiziki təmrinlər xeyirlidir.
Yarımçıq işləri başa vurun. Yeni praktik biliklər və bacarıqlar, təcrübə əldə edə bilərsiniz.
Axşam saatlarında gəzinti yuxusuzluğun dərmanıdır.
Oğlaq
- mənfi emosional fona malik gündür. İstənilən, hətta ən kiçik
uğursuzluğu ürəyinizə salmayın. Dürüst yol seçdiyinizə şübhələnməyin.
İndiyədək tam inandığınız insan etibarınızı dloğrultmaya bilər. Maliyyə
məsələlərini həll etmək, alış-verişdə çox pul xərcləmək üçün əlverişli
zaman deyil.
Dostlarla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Dəvət aldığınız tədbirə və ya görüşə qatılın. İmiclə eksperimentlər
aparmaq olar. Nəticə sizi pərişan etməyəcək.
Dolça
- peşə fəaliyyəti üçün çox əlverişli zamandır. Ciddi və işgüzar olun.
Detallara, təfərrüatlara diqqət verin. Yaxın ətrafınızdakı insanların
laqeyd yanaşdıqları kiçik məsələləri nəzərdən qaçırmayın. Səhvlərə yol
verməməyə çalışın.
Birmənalı olmayan situasiyada optimal yolu intuisiyanız göstərəcək.
Kiçik maliyyə çətinlikləri yaranacaq. Planlaşdırılmış alış-verişdən imtina edin. Səhhətinizdə problemlər yarana bilər.
Ənənəvi qida rasionunda eksperimentlər etməyin.
Balıqlar
- müstəqil çalışmaq üçün əlverişli gündür. Çətin, mürəkkəb, diqqət və
təfərrüatlara fikir verilməsini tələb edən işlərlə məşğul olun.
Hesablamalarda səhvlərə yol verməyin. Düşünülmüş qərarlar qəbul edin,
heç nəyi nəzərdən qaçırmayın. Birgə fəaliyyətlə bağlı çətinliklər
yaranır. Tez-tez yaranan fikir ayrılıqları gərəkli nəticəyə nail olmağa
mane olur.
Yaşca kiçik həmkarlarla dil tapmaq çətindir.
Maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmamış alış-verişə yol verməyin.
Müxtəlif yaradıcılıq eksperimentləri üçün əlverişli zamandır.
Milli.Az