Pera Muzeyi film tədbirləri çərçivəsində 2014-cü ildə iki fərqli layihə təqdim edəcək.
Real həyat hadisələrinin lentə alındığı 6 filmin (belgeselin ) nümayiş etdiriləcəyi “Gerçekleri Konuşalım: Belgeseller” proqramının açılışı şənbə günü, yanvar ayının 11-də, saat 14:00-da “Yaşadığım Ev” ( The House I live in) filminin nümayişi ilə baş tutacaq.
Yanvarın 22-dək göstəriləcək digər filmlər isə Qız Maneken (Girl Model), Qaçqınlar qəsəbəsi (Town of Runners), Qulaq Ver (Sound it Out), Tabloid, Gerçək Həyatda (In Real Life) olacaq.
“Bu Kino Çox Gözəl: Azərbaycan Filmləri” proqramı çərçivəsində Azərbaycan kinosunun xüsusiyyətlərini əks etdirən 8 filmlik layihə təqdim ediləcək. Bu filmlər Arşın mal alan, Buta, Qala, İlahi Varlıq, Yarasa, 40-cı qapı, Çövkan, Çölçüdür.
Sözügedən filmlərin nümayiş vaxtı və saatı haqqında ətraflı məlumatı www.peramuzesi.org.tr saytından əldə etmək olar.
Gün.Az