2011-ci ildə Azərbaycan Prezidentinin
imzaladığı dövlət proqramına uyğun olaraq, yenidən qurulan "28 May"
stansiyasının platformasından sonra əsas giriş-çıxış pavilyonunda da son
tamamlanmaya başlanılıb.
Читать полностью: http://news.day.az/society/457528.html
Platforması kimi, tamamilə yeni görkəm alacaq yuxarı vestibüldə də
müasir dövrün tələblərinə uyğun sistem və avadanlıqlar quraşdırılır,
eyni zamanda, dizayn işlərində də texniki vasitələrdən istifadə olunur.
Publika.az-ın məlumatına görə, idarə rəisinin müavini və tikilən metropoliten müdiriyyətinin rəhbəri
Arif Rəsulov
qeyd edir ki, metronun şəhər sərnişin daşımasındakı rolu və bu xüsusda
"28 May" stansiyasının metro xətlərinin fəaliyyətindəki həlledici qovşaq
olması nəzərə alınaraq, rekonstruksiya zamanı sərnişinlərin maraqları
naminə bir sıra qərarlar qəbul edilmişdi: “Xatırlayırsınızsa, buna qədər
yenidən qurulan "İçərişəhər" və "Koroğlu" stansiyaları son tamamlama
işləri zamanı bağlanmışdı.
Lakin "28 May"da nəinki stansiya
bağlanmadı, hətta təmir-tikinti işləri dövründə, bəzən böyük
çətinliklərlə üzləşsək də, məhz sərnişinlərin maraqları əsas götürülmüş,
onların rahatlığı və ən vacibi, metrodan istifadəsinin
məhdudlaşdırılmaması məqsədilə bir sıra addımlar atılmışdı. Məsələn,
yeni tədris mövsümündə stansiyasının əsas çıxışının açılması və müvafiq
təhlükəsizlik tədbirlərinin görülməsini qeyd etmək olar.
Döşəmə
üzərinə yeni örtük vurularkən belə, sərnişinlərin maraqları əsas
götürülərək, onun cilalanmasına qədər olan dövr üçün stansiya
bağlanmadı. Çünki bilirik ki, paytaxtda sərnişinlərin əsas hərəkət
vasitəsi məhz metrodur. Üstəlik, bu mənada "28 May" əksər sərnişinlər,
əsasən də şəhərcivarı yaşayış sahələrindən gələnlər üçün həlledici
stansiyadır”.
Stansiyada görülən işlərin əsas işi icraçısı "Azəraqrartikinti" ASC-nin sahə rəisi
Soltan Soltanov
bildirib ki, stansiyanın metropolitendə hərəkətin təşkili üçün rolu çox
vacibdir: “Bütün çətinliklərə əvvəlcədən hazır idik. Buna görə bütün
işləri buna qədər reallaşdırdığımız layihələrdən fərqli plan üzrə yerinə
yetirdik. Məsələn, onu qeyd edə bilərəm ki, platformanın orta zalında
xüsusi konstruksiya quraşdırılarkən, əsas diqqəti sərnişinlərin
təhlükəsizliyini təmin etməyə yönəltmişdik.
Söküntü yalnız gecə
növbəsində aparılırdı. Bununla hər hansı fəsadın törənməməsi,
sərnişinlərə xətər yetirilməməsi, sanitar-gigiyenik təmizlik tələblərinə
əməl olunması kimi nüanslara diqqət yetirirdik. Yuxarı vestibüldəki
inşaat da elə bu qayda ilə mərhələ-mərhələ, xüsusi tədbirlər görülməklə
aparıldı. Sahə rəisi qeyd edir ki, artıq sərnişinlər də əyani müşahidə
edirlər ki, vestibüldə və platofrmada divar və döşəmənin mərmər və
qranit təbəqəsinin yenilənməsi əsasən başa çatdırılıb. Müəyyən çətinlik
döşəmə təbəqəsi vurularkən yaranmışdı.
Çünki sərnişinlərin
stansiyadan istifadə etməsi məhdudlaşdırılmadı. Bununla belə,
çətinliklər hər kəsin gördüyü kimi müvəqqəti oldu və tədbirlər planına
uyğun olaraq, xüsusi aqreqatla döşəmə cilalandı, bununla sürüşkənlik
aradan qaldırıldı, həm də səthin hamarlığı təmin edildi. Son mərhələdə
təhlükəsizlik zolağının quraşdırılması və stansiyada memarlıq
elementlərinə əməl olunaraq, tematik bədii-qrafik işlərin aparılması
yerinə yetiriləcək. Bundan əlavə, bir sıra texniki və təmir işləri də
son tamamlama mərhələsindədir”.
Qeyd edək ki, metrostansiyada
bir sıra yeniliklər də tətbiq edilib. Belə ki, stansiyanın qarşısında
hava, vaxt göstəricilərini bildirən elektron lövhələr quraşdırılıb.