Ev heyvanları üçün restoran açıldı
10.1.2014

Onlar üçün burada donuz, mal, toyuq, hətta kenquru ətindən belə yeməklər hazırlanır
Berlində ilk dəfə olaraq ev pişikləri və itləri üçün restoran açılıb.

Canlıları bir araya toplayan “Pets Deli” adlı məkan almaniyanın paytaxt rayonlarından birində istifadəyə verilib.

Pişik-itlərin restoranında olan yemək menyusu qurmanların ən bahalı məkanları ilə mübahisəyə tamamilə hazırdır. Ev heyvanları bir miqdar qəpiyə belə Pets Deli-də cürbəcür yeməklərlə özlərini sevindirə bilərlər. Onlar üçün burada donuz, mal, toyuq hətta kenquru ətindən belə yeməklər hazırlanır. Bütün bunlar bol tərəvəz və ədviyyatlarla hazırlanır. Restorana üz tutan qonaqlar üçün düyü, kartof və makaron qarniri belə nəzərdə tutulub.

Qeyd edək ki, menyu aparıcı dietoloqlar tərəfindən hazırlanıb. Sahibkarlar sevimli ev heyvanlarının sağlamlıqları üçün narahat olmasınlar.

publika.az