Qoç - Bu gün sizin üzüyolalığınız və güzəştə getməyiniz hamını dəfələrlə təəccübləndirəcək. Bu xüsusiyyətlər sizə uğur qazanmaqda kömək edəcək. Nüfuzlu şəxslərin rəğbətini qazana, rəhbərliyin sizə dəstək olacağına zəmanət ala bilərsiniz. Biznesmen Qoçlar bu gün sərfəli sövdələşmələr edəcəklər. Uzun müddət düşmənçilik etdiyiniz şəxslərlə barışa bilərsiniz. Hətta ən qatı bədxahınız belə bu gün sizinlə mehriban davranacaq.
Faydasız danışıqlar zəhlənizi tökəcək. Ən pisi isə ətrafınızdakıların belə söhbətlərin sadəcə vaxt itkisi ollmasını anlamamaq istəyidir. Bu səbəbdən münaqişqələr yarana bilər.
Buğa - Necə davranmağınızdan bu gün çox şey asılıdır. Şöhrətpərəst və qürurlu olsanız, munaqişədən qaça bilməyəcəksiniz, vaxtında kölgəyə çəkilsəniz, güzəştə getsəniz, öz mövqeyinizi qoruyaraq rəqiblərinizi ötə bilərsiniz. Rəhbər Buğalar gənc işçilərə qarşı bir qədər yumşaq davransalar, yaxşı olar. Sıravi işçilərə isə təşəbbüs göstərərkən kimisə incitməmək tövsiyyə olunur.
Evdə qarışıqlıqdır, yaxınlarınızla ünsiyyətiniz istədiyiniz kimi alınmır. Ekstravaqant hərəkətlərdən qaçın, onlar uğursuz olacaq. Ola bilər ki, boşuna pul xərcləyəsiniz.
Əkizlər - Gün xoş, maraqlı və faydalı məşğuliyyətlər üçün daha yaxşıdır. Yaradıcı potensialınız yüksəkdir, ağlınıza gələn ideyalar bir-birindən parlaqdır. Hansısa yeni, gələcəkdə böyük gəlir vəd edən layihənin başlanması mümkündür. Öz gücünüzə inanın, başqalarının da sizə inamı artacaq.
Əvvəllər vəd etdiyiniz sözləri yerinə yetirmək üçün xeyli zəhmət çəkməli olacaqsınız. Həm özünüzün, həm başqalarının işlərinə məsuliyyətlə yanaşır və bununla ətrafınızdakıların hörmətini qazanırsınız.
Xərçəng - Əsas probleminiz sanki başınıza göydən ələnən mənfi emosiyalardır. Bu zaman nəyin vacib, nəyin ikinci dərəcəli olduğunu təyin etmək çətin olur. Hər işi atıb, bütün dünyaya küsüb oturmaq istəyirsiniz. Bu istəyiniz o qədər güclüdür ki, ona müqavimət göstərməyə cəhd etmirsiniz.
Amma çox nahaq - bütün çətinlikləri aşmaq üçün enerjiniz kifayət qədərdir. Odur ki, gücünüzü toplayın və hərəkətə keçin!
Şir - Günün ilk yarısı xoş keçəcək. Özünüzün ən yaxşı xasiyyətlərinizi, biliklərinizi, peşəkarlığınızı nümayiş etdirməyə imkanınız olacaq. Sizinlə işbirliyi quranlar sizə valeh olacaq, razı qalacaqlar. Bu dövrdə kütləvi tədbirlərdə və ya reklam kampaniyalarında iştirak edə bilərsiniz - uğurlu keçəcək.
Axşam bir qədər sakit, amma yenə də xoş olacaq. Yaxınlarınızla gözəl ünsiyyət, uzaqlardan aldığınız sevincli xəbərlər əhvalınızı qaldıracaq. Təhsildə uğurlar gözlənilir.
Qız - Gün çox gözəl başlanır. Enerjiniz aşıb-daşır, ən vacibi - özünüzün haqlı olduğunuza dair inamınız güclüdür. Hamıya, o cümlədən özünüzə də sübut edəcəksiniz ki, çox şeyə qadirsiniz. Özünüzün gizli bacarıqlarınızı, istedadlarınızı kəşf edin. Hazırki şərait barədə bir qədər düşünsəniz, düzgün mülahizələr əldə edəcəksiniz.
Günün ikinci yarısı isə əhvalınız dəyişəcək, təəssüf ki, korlanacaq. Tamamilə yorulduğunuzu hiss edəcək, yardıma ehtiyac duyacaqsınız. Amma kimsə köməyinizə tələsməyəcək.
Tərəzi - Gün xoş görüşlər, maraqlı söhbətlər vəd edir. Gözlənilmədən sizə karyerada irəliləməyə, yaxud maliyyə məsələlərində uğurlar qazanmağa kömək edəcək insanlarla rastlaşa bilərsiniz. Bu gün həddən artıq cazibədar və məlahətlisiniz, bir çox Tərəzilər məhz bundan istifadə edərək nüfuzlu şəxslərin dəstəyini qazanmağa çalışacaqlar. İmicinizdə dəyişikliklər etməkdən çəkinməyin, fantaziyalarınız nə qədər cəsarətlidirsə, xarici görünüşünüz bir o qədər diqqətçəkəndir.
Bu gün heç bir daxili müqavimətlə rastlaşmadan stereotiplərdən yaxa qurtara bilərsiniz. Eyni zamanda əvvəllər buraxdığınız səhvləri düzəldə bilərsiniz. Anlaşılmayan səbəbdən özünüzə yaxın hesab etdiyiniz biriylə münasibətləriniz düzələcək.
Əqrəb - Səhər sakit başlayacaq və günortayadək sakit axarla davam edəcək. Ən maraqlı hadisələr isə təxminən saat ikidən sonra başlayacaq. Bu zaman işgüzar ünsiyyət çox məsləhətdir. İş ortaqlarınızdan, müdirinizdən faktiki olaraq ürəyiniz istəyən hər şeyi istəyə və ona nail ola bilərsiniz. Yalnız bircə vacib şərt var: gərək tamamilə, amma tamamilə sakit və təmkinli olasınız. Yersiz cüzi bir emosiya yaxşı bir planı alt-üst edə bilər.
Axşama doğru daha praktik və praqmatik olursunuz. Özlüyündə bu, pis deyil. Ancaq sizi elə də yaxşı tanımayan adamlarda barənizdə görməmiş təsəvvürü yaranacaq.
Oxatan - İşgüzar ünsiyyət üçün elə də yaxşı gün deyil, amma siz çox çalışırsınız və nəticə də özünü gözlətmir. Fikir ayrılıqlarını aradan qaldırır, danışıqlara yekun vurur və yekun nəticəyə gəlirsiniz. Qalır bircə iş - planları həyata keçirmək. İstənilən söhbəti qeyri-formal məcraya yönəltmək bacarığınızdan istifadə edin. Çalışın, taleyin bu gün sizi görüşdürdüyü insanlar özlərini rahat hiss etsinlər. Bu halda, zəhmətiniz hədər getməyəcək.
Səhər sizin üçün gözəl açılacaq, əhvalınızı müsbət və konstruktiv ruha kökləyə biləcəksiniz. Çalışın, bunu axşamadək qoruyub saxlayasınız. O zaman günün nəticələri sizi sevindirəcək. Axşam bahalı və gözəl əşyalar ala bilərsiniz.
Oğlaq - Yaman cazibədarsınız, bunu bilir və özünüzü sağa-sola «xərcləyirsiniz». Bu səbəbdən bir çox problemləri həll edir və sizi narahat edən məslələrdə razılığa gəlirsiniz. Hətta bədxahlarınız da sizin cazibənizin qarşısınıda tab gətirmirlər. Çox canfəşanlıq etmək lazım gəlmir, özünüzü öz bildiyiniz kimi aparırsınız, ətrafınızdakıların da bu xoşuna gəlir.
Amma yenə də problemlər yarana bilər. Maliyyə itkisi, uğursuz alış-veriş mümkündür. Bu gün aldığınız əşyalar, çətin ki, gələcəkdə karınıza gəlsin. Uzaq səfərlərdən çəkinin - onlar xoşagəlməz macəralar vəd edir.
Dolça - Evlə, yaxud şəxsi həyatınızla bağlı qəfil prooblemlər meydana çıxır ki, bunlar da sizi işinizdən ayırır. Çətin ki, bu, rəhbərliyin xoşuna gəlsin. İş ortaqlarınızla ciddi fikir ayrılıqları mümkündür, hansısa xırda məsələnin müzakirəsi qızğın diskussiya və nəhayətdə münaqişəyə çevrilə bilər. Çox az sayda Dolçalara təmkinini qorumaq və kimisə təhqir etməkdən çəkinmək nəsib olacaq. Bunlar xoşunuza gəlmir, amma şəraiti dəyişmək cəhdləriniz cüzi nəticə verir.
Şəxsi həyatınızda problemlər mümkündür. Çox səbrsiz və inadcılsınız. Bu isə yaxınlarınızı həm kədərləndirir, həm də qıcıqlandırır. Heç bir halda öz yarınıza təzyiq göstərməyin!
Balıqlar - Çətin olacaq. Daim dağıdıcı təsirlərlə qarşılaşır və bunlarla necə mübarizə aparmağı bilmirsiniz. İşdə münaqişələr gözlənilir, kiminsə intriqalarının qurbanına çevrilə bilərsiniz. İşlə bağlı istənilən məsələni, yaxşı olar ki, qarşı cinsin nümayəndəsi ilə müzakirə edəsiniz.
Sizin öz emosiyalarınız da əleyhinizə işləyir. Hissləriniz o qədər güclü və təzadlıdır ki, onları nəzarətdə saxlaya bilmirsiniz. Ehtiyat və sağlam düşüncə şəraitdən çıxmağınıza kömək edərdi, amma nədənsə onları «köməyə çağırmaq» ağlınıza da gəlmir.
Milli.Az