Qoç - neytral gündür. Başgicəlləndirici uğurlar
olmayacaq, amma ciddi problemlər də yaranmayacaq. İşdə həmkarlar və
rəhbərliklə fikir ayrılıqları, ixtilaflar ola bilər. Kimsənin xətrinə
dəymədən mövqelərinizi müdafiə edin. Gəlirlər çox olmasa da,
vaxtındadır.
Romantik hisslər yaşamınıza müxtəliflik gətirəcək.
Yaşam potensialı səviyyəsi yüksəkdir. Əhvalınız yaxşıdır. Səhhətinizdə problemlər yaranmayacaq.
Günün ikinci yarısında başalayacağınız işdə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz.
Buğa
- sakit və məhsuldar iş günüdür. Yarımçıq işləri başa vurmamış yeni
işlərə başlamayın. Əks təqdirdə tələsiklik və vurnuxma yarana bilər.
İşgüzar təmaslarda diqqətli olun. İndiyədək əməkdaşlıq etmədiyiniz
insanların sizi qeyd-şərtsiz dəstəkləyəcəklərini düşünməyin.
Kiçik maliyyə itkiləri istisna deyil.
Alış-veriş etmək olar. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə güvənməyin, öz ağlınızla hərəkət edin.
Mübahisəli əmlakla bağlı mürəkkəb məsələləri həll etmək olar.
Əkizlər -
peşəkar fəaliyyət üçün çox məhsuldar gündür. İşdəki əhəmiyyətli
uğurlarınız ən cəsarətli gözləntilərinizi də üstələyəcək. Yeni
müttəfiqlər və tərəfdaşlar tapa bilərsiniz. Nüfuzlu, hadisələrə təsir
imkanlarına malik insan sizə önəmli dəstək verəcək.
Daşınmaz əmlakla bağlı məsələlərin həlli, habelə səfər və ya səyahətə hazırlaşmaqla məşğul olmaq mümkündür.
Günün ikinci yarısı romantik tanışlıqlar və görüşlər üçün əlverişlidir. Yaxın ətrafınızdakı insanlar sizə laqeyd deyillər.
Sürpriz və hədiyyələr istisna deyil.
Xərçəng
- birmənalı olmayan gündür. Çətinliklər istisna deyil. Döyüşkən olun.
Məqsədə doğru hərəkətinizdə çətinliklər yaranarsa, sədləri dəf edin.
Qətiyyət və iradəniz yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı xoş təəssürat yarana bilər.
Sizə
yardım və dəstək təklif olunacaq. Maraqlı işgüzar təkliflər istisna
deyil. İş yerinizi daha maraqlı, maaşın daha çox olduğu məkana dəyişə
bilərsiniz.
Ev işləri üçün uğurlu gündür. Kulinar eksperimentlər aparmayın.
Axşam saatlarında qonaqlarınız olacaq.
Şir
- istənilən formatda ünsiyyət üçün münasib gündür. Yaxın ətrafınızdakı
insanlarla dil tapmağa çalışın. İndiyədək gərgin münasibətlərdə
olduğunuz insanlarla təmasları normallaşdırın. Bədxah və rəqiblərinizi
diqqətdə saxlayın, küsənləri barışdırın.
Dəvət edildiyiniz tədbirdə arzuolunan qonaq olacaqsınız.
Faydalı tanışlıqlara nail ola bilərsiniz.
İşgüzar səfər və ya səyahət pis alınmayacaq.
Planlaşdırılmamış alış-veriş etmək olar.
Gerçəkdən də, tələbatınız olan əşyalar alın. Yaxınlarınız, o cümlədən yaşlı qohumlarınız məsləhətlərinizə qulaq asırlar.
Qız
- işgüzar danışıqlar və görüşlər pis keçməyəcək. Yeni tanışlıqlar və
layihələrin təşəbbüskarı olun. Liderlik məziyyətlərinizi parlaq şəkildə
nümayiş etdirin. Əvvəllər sizi görməməyə çalışan insanlar belə, artıq
uğurlarınızı etiraf etməlidir.
Peşəkar fəaliyyət müstəvisində irəliləyiş ola bilər.
Şəxsi
münasibətlər müstəvisində durum o qədər də yaxşı deyil. Mənfi
təmayüllərin təsiri güclənir. Yaxınlarınızla fikir ayrılıqları yaranır.
Tamamilə önəmsiz məsələyə görə sevdiyiniz insanla mübahisə riski var.
Axşam saatlarında səhhətinizə fikir verin.
Tərəzi
- həddən ziyadə uğurlu gündür. Qarşınıza çıxan ciddi məsələlərin
öhdəsindən uğurla gəlməyə çalışın. Problemlər gözlədiyinizdən artıq olsa
belə, geri çəkilməyin, ruhdan düşməyin. Diskussiyalarda mövqeyinizi
müdafiə edin. Haqlı olduğunuzu opponentləriniz də etiraf edəcəklər.
Hədiyyə və sürprizlər ola bilər.
Qəfil
səmimi etiraflar gözləyin. Sırf dostyana başlayan münasibətlər sonradan
intensivləşə bilər. Diqqət mərkəzində ola biləcəyiniz tədbirlərin
təşkilatı üçün yaxşı gündür.
Əqrəb
- günün ilk yarısında mənfi təmayüllərin təsiri güclüdür. Saatlar
keçdikcə problemlərin ağırlığı azalır, işlər rəvan məcraya düşür. Səhər
saatlarında ailədə yaxınlarınız, sonra isə işdə həmkarlarla fikir
ayrılıqlarından yayınmaq mümkün deyil.
Günün ikinci yarısına yaxın işlərdə aktiv olun.
Diqqət
və fəallıq tələb edən prosesə başlamaq olar. Yalnız sizinlə yox, yaxın
ətrafınızdakı insanlarla bağlı mürəkkəb məsələləri həll etmək olar. Önəm
verdiyiniz insanların maraqlarını nəzərə almağa çalışın.
Oxatan -
istənilən çətinlikli problemləri həll etmək üçün uğurlu gündür. Nikbin
olun. Yaxın ətrafınızdakı insanlar sizinlə ünsiyyətdən neqativ
emosiyalar almamalıdır.
Yaradıcı
niyyətlərinizdən və ya planlarınızdan birini reallaşdırmaq imkanı
yaranır. Yeni işdə uğur qazana bilərsiniz. Maliyyə baxımından əlverişli
gündür.
Ev işlərinin öhdəsindən asanlıqla gələcəksiniz. Ailə üzvləriniz və yaxınlarınız sizə dəstək verəcəklər.
Axşam saatlarında istirahət üçün yetərincə vaxt tapın.
Yaşam potensialı səviyyəsi yüksək olduğundan ifrat yorğunluq hiss etməyəcəksiniz.
Oğlaq - ehtiyatlı olun. Ciddi səhv etmək riski var. Sonradan bu səhvin fəsadlarını aradan qaldırmaq asan olmayacaq.
Həlli hələlik mümkünsüz problemlərlə qarşılaşanda ruhdan düşməyin.
İşdə və evdə fikir ayrılıqları ola bilər.
Kimsədən dəstək almadığınızı düşünə bilərsiniz. Belə deyil: sadəcə, yardımı dürüst qaydada istəmirsiniz.
Yaşam potensialının səviyyəsi aşağıdır. Xroniki ağrıların kəskinləşməsi riski var. Zərərli vərdişlərdən imtina etdin
Günün normal rejiminə riayət edin.
Dolça
- yeni problemlər və qayğılar vəd etməyən, sakit keçəcək bir gündür.
Əvvəlcədən hazırlanmış plana uyğun hərəkət etmək olar. Başladığınız
işləri bitirin. Yeni işgüzar perspektivlər yaranır. Maraqlı təkliflər
istisna deyil. Tələsməyin. Bir qədər sonra daha məqbul təkliflər
alacaqsınız.
Yaxın ətrafınızdakı insanlarla dil
tapın. Gərginlik vəd edən təmaslardan yayının. Dostlar sizi yaxşı
xəbərlərlə, sevdiyiniz insan xoş sürprizlə sevindirəcək.
Yaşam potensialı səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər yaranmayacaq.
Balıqlar - işgüzar müstəvidə yeni layihələrə başlamaq üçün əlverişli gün deyil. Uzunmüddətli əməkdaşlığın şərtlərini müzakirə etməyin.
Başqa
zaman əsla fikir vermədiyiniz məsələləri indi ürəyinizə salmayın. Boş
işlərə görə nigaran qalmayın. Yaxın ətrafınızdakı insanlar bütün bunları
hiss edirlər. Özündən bədgüman, hər işdə şübhələnən, işlərdə o qədər də
etibarlı olmayan tərəfdaş təsiri bağışlamayın.
Axşam
saatları istirahət, bəyəndiyiniz insanlarla xoş söhbət üçün
əlverişlidir. İmiclə bağlı eksperimentlər etməyin. Nəticə xoşunuza
gəlməyəcək.
Milli.Az