Dünya futbolunun ulduzu, “Barselona”nın hücumçusu Lionel Messinin kolleksiyası Azərbaycanın reklam olunduğu forma ilə zənginləşib.
Ötən şənbə günü keçirilən “Atletiko” (Madrid) – “Barselona” matçından sonra madridlilərin türkiyəli oyunçusu Arda Turan və L.Messi formalarını dəyişiblər.
“Atletiko” (Madrid) klubunun formasında “Azerbaijan – land of fire” reklamının əks olunduğunu nəzərə alsaq, bu addımın Azərbaycanın tanıdılması baxımından əhəmiyyəti qeyd edilməlidir.
Video
publika.az