“Celtic Legends” rəqs qrupu Bakı səhnəsində çıxış edəcəkdir
13.1.2014

Martın 1- 2-də Heydər Əliyev Sarayında “SA Organisation”ın dəstəyi ilə “Celtic Legends” (“Kelt əfsanələri”) irland rəqs qrupunun konserti olacaqdır.
“Celtic Legends” rəqs qrupu 10 ildən artıq müddətdə qastrol səfərləri ilə dünyanı fəth etmişdir. İrlandiya ənənəvi rəqsinin, akrobatik fəndlərin, canlı musiqinin, milli musiqi alətlərinin sintezi – bütün bunlar ansamblın möhtəşəm şousuna daxildir.
“Celtic Legends” irland rəqs qrupu insanın əhatə olunduğu aləmlə münasibətini, ilkin qorxu və sevinc hisslərini rəqsin, musiqinin dili ilə tamaşaçıya çatdırır.
Video

anspress.com